"Robinzon Kruzo" 32 il yaşadığı adanı tərk edir - FOTO

Keçmiş müəllim Mauro Morandi 1989-cu ildə öz gəmisi ilə İtaliyadan Sakit okeanın cənub sahillərinə üz tutarkən Sardiniya yaxınlığında qəzaya uğrayıb və Budelli adasına gəlib çıxıb.
Sputnik

BAKI, 26 aprel —Sputnik. 1989-cu ildən bəri İtaliyanın Budelli adasında tək yaşayan 81 yaşlı "Robinzon Kruzo" ləqəbli Mauro Morandi Milli Park səlahiyyətlərinin təkidi ilə adanı tərk etməyə hazırlaşır. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

Keçmiş müəllim Morandi 32 il bundan əvvəl öz gəmisi ilə İtaliyadan Sakit okeanın cənub sahillərinə üz tutarkən Sardiniya yaxınlığında qəzaya uğrayıb və Budelli adasına gəlib çıxıb. Çəhrayı qumları ilə məşhur adaya məftun olan Morandi adanın gözətçisinin yaxın vaxtlarda pensiyaya çıxacağını öyrənəndən sonra bu işi öz üzərinə götürüb.

Həmin vaxtdan bəri dalğaların vurub adanın sahillərinə gətirdiyi plastik tullantıları təmizləməklə məşğul olan Morandi 2016-cı ildə adanın turistlərə açıq elan olunmasından sonra milli park səlahiyyətlilərinin təzqiyləri ilə üzləşməyə başlayıb. Beş ildir ki, bu durumla mübarizə aparan və adanı tərk etmək istəməyən "Robinzon Kruzo" artıq gücünün qalmadığını bildirib.

Səlahiyyətli orqanların evini Ekoloji Təhsil Mərkəzinə çevirəcəklərini bildirən Morandi "Onlarla mübarizəni dayandırdım. 32 ildən sonra Budelli adasını tərk edirəm, buna görə çox təəssüflənirəm ", – deyə qeyd edib.

Müasir "Robinzon Kruzo" həyatının qalan hissəsini La Maddalena adasında keçirəcəyini bildirib.

Qeyd edək ki, Budelli adasına turist səfərləri 1990-ci ildən bəri məhdudlaşdırılmışdı.