CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə Əmr imzalanıb

COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onlar peyvəndlərə növbəli dəvət olunacaqlar.
Sputnik

 

BAKI, 26 aprel — Sputnik. "İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə imzalanan əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, əmrdə 2021-ci ilin aprelin 26-sı - mayın 2-si tarixlərində Respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərilərinə tövsiyə edilir.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.