Türkiyənin "milli kürəkən"i vəfat etdi

Qeyd edək ki, Türkiyənin keçmiş prezidenti Turqut Özalın qızı Zeynep Özalla ailəli olan Ekren bu gün dünyasını dəyişib.
Sputnik

BAKI, 26 aprel — Sputnik. Məşhur türkiyəli musiqiçi Asım Ekren vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin məşhur müğənnisi Ajda Pekan özünün "İnstagram" hesabında məlumat verib. Qeyd edək ki, Türkiyənin keçmiş prezidenti Turqut Özalın qızı Zeynep Özalla ailəli olan Ekren bu gün dünyasını dəyişib.

Bir vaxtlar "milli kürəkən" adlandırılan Ekren daha sonra Zeynep Özaldan ayrılmışdı. O, 2011-ci ildə xərçəng xəstəliyi olduğunu öyrənib. Uzun müddətdir müalicə üçün İstanbulda yaşayırdı.