MƏDƏNİYYƏT

Filmimizin səs rejissoru "Oscar" aldı

Karlos Kortes azərbaycanlı rejissor Hilal Baydarovun Venesiya Film Festivalında nümayiş edilmiş "Səpələnmiş ölümlər arasında" filminin səs rejissoru olub.
Sputnik

BAKI, 26 aprel — Sputnik. Səs rejissoru Karlos Kortes "Oscar" mükafatına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, o bu mükafata "Sound of Metal" filmindəki işinə görə layiq görülüb.

Qeyd edək ki, Karlos Kortes azərbaycanlı rejissor Hilal Baydarovun Venesiya Film Festivalında nümayiş edilmiş "Səpələnmiş ölümlər arasında" filminin səs rejissoru olub. Hilal Baydarov növbəti filmində də Karlos Korteslə işləyəcək.