"Dualarımız Arif Quliyevlədir" - Xalq artistinin qohumu

""Hazırda da süni tənəffüs aparatındadır. Bütün dualarımız Arif Quliyevlədir, dua edək ki, yaxşılaşsın" - Xalq artistinin qohumu
Sputnik

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Xəbər veridiymiz kimi, Xalq artisti Arif Quliyev bir neçə gündür ki, COVID-19-dan əziyyət çəkir. Səhhəti ağırlaşan Xalq artisti "Yeni Klinika"ya yerləşdirilib. A.Quliyevin səhhəti ilə bağlı qohumu Sputnik Azərbaycan-a məlumat verib: "Hazırda da süni tənəffüs aparatındadır. Bütün dualarımız Arif Quliyevlədir, dua edək ki, yaxşılaşsın. Həkimlər də əllərindən gələni edir".

Xalq artistinin qohumunun sözlərinə görə, aktyorun soyuqladıqdan sonra vəziyyəti ağırlaşaraq belə olub.