SƏHİYYƏ

Azərbaycanda COVID-ə yoluxma sayı üçrəqəmliyə düşdü, ölüm halları isə yenə çoxdur

İndiyədək ölkəmizdə ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub. bunlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir.
Sputnik

BAKI, 26 aprel - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub. bunlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir.

Son sutka ərzində 5732, hazırkı dövrədək isə 3 195 268 test aparılıb.