BAKI, 26 aprel — Sputnik. Avstriya Kansleri Sebastyan Kurts Rusiyaya qarşı Avropa İttifaqı (Aİ) tərəfindən əlavə sanksiyaların tətbiqinin əleyhinə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu kansler "Neue Züricher Zeitung" nəşrinə müsahibəsində bildirib.
"Aİ-nin artıq qəbul olunan sanksiyaları düzgündür. Lakin dialoqa üstünlük vermək vacibdir. Bizim qitədə sülh yalnız Rusiya ilə birgə mümkündür, ona qarşı olmaqla yox", - deyə Avstriya kansleri vurğulayıb.
Kurts əlavə edib ki, Avstriya Ukrayna sərhədində qoşunların dislokasiya olunmasından çox narahatdır və ümid edir ki, vəziyyətin bundan sonra da gərginləşməsindən qaçmaq mümkün olacaq.