Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöl kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan kadrları təqdim edir.
Qaragöl kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dərzili tayfasına məxsus keçmiş Qaragöl adlı qışlaq yerində salınıb. Qışlaq isə Keçaldağın şimal yamacındakı Qaragölün adı ilə adlanıb.
1993-cü ildə Ermənistan ordusunun işğal etdiyi Qaragölu 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından qurtarıb.