CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov üç generalı istefaya göndərdi

Ehtiyata buraxılanlardan biri rəis, ikisi isə rəis müavinidir. Müdafiə Nazirliyindən bildirilib ki, generallar yaşa görə ehtiyata buraxılıblar
Sputnik

BAKI, 25 aprel - Sputnik. Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndəriliblər.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və  general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.