Türkiyədən ABŞ-a və erməni yalanlarını dəstəkləyənlərə cavab - FOTO

Oğuz Can 1973-cü ildə Los-Ancelesdə başlayan türklərə qarşı erməni terror dalğasının sonrakı illərdə də davam etdiyini, 30-dan çox diplomatın və onların ailə üzvlərinin həyatına son qoyduğunu açıqlayıb.
Sputnik

BAKI, 25 aprel - Sputnik. Bu gün ABŞ-ın Los-Anceles şəhərində Türkiyənin Rabitə Nazirliyi ASALA və JCAG erməni terror təşkilatlarının qətlə yetirdiyi türk diplomatların xatirəsinə sərgi təşkil edib.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, 1973-cü ildən 1984-cü ilədək təhdidlərə rəğmən vəzifələrini icra edən və bu yolda şəhid olan diplomatlara həsr olunan sərgiyə maraq böyük olub.

​Sərgidə Türkiyənin Los-Ancelesdəki baş konsulu Oğuz Can, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, eləcə də Pakistan və Suriyadan olan nümayəndələr, xeyli vətəndaş iştirak edib.

Oğuz Can sərginin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edərək 1973-cü ildə Los-Ancelesdə başlayan türklərə qarşı erməni terror dalğasının sonrakı illərdə də davam etdiyini, 30-dan çox diplomatın və onların ailə üzvlərinin həyatına son qoyduğunu açıqlayıb.

"Biz onları heç vaxt unutmur və belə günlərdə xatirələrini yad edirik. Biz Birinci Dünya müharibəsi zamanı kimi çətin bir zamanda qətlə yetirilən vətəndaşlarımızın qətlə yetirilməsindən dolayı bir nifrət, kin ifadə etmədik, ancaq onları da unutmadıq", - Oğuz Can vurğulayıb.

Qeyd edək ki, dünən ABŞ prezidenti Co Bayden qondarma erməni soyqırımını tanıdığını bildirib. Onun bu davranışı Türkiyənin haqlı narazılığına səbəb olub.