RUSİYA

Rusiyanın düşmənləri: siyahının lideri bəlli oldu

Aprelin 23-də Vladimir Putin dost olmayan xarici dövlətlərə təsir tədbirlərinin tətbiq olunması barədə fərman imzalayıb
Sputnik

BAKI, 25 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyaya dost olmayan dövlətlərin siyahısının hazırlandığını deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, siyahıya Amerika Birlşmiş Ştatlarının mütləq daxil ediləcəyini deyib.

Onun sözlərinə görə, siyahıya daxil olan ölkələrə öz diplomatik qurumlarına Rusiya vətəndaşlarını işə götürmək qadağan olunacaq.

"Bildiyiniz kimi, prezidentin fərmanı dərc olundu, orada artıq mövcud olan federal qanunların icrası barədə xeyli məqam var. Fərmana görə, dost olmayan dövlətlər özlərinin diplomatik konsulluq və missiyalarına Rusiya vətəndaşları arasından işçi seçə bilməzlər", - Zaxarova "Rossiya-1" telekanalının efirində deyib.

XİN nümayəndəsi bildirib ki, bütün bunlar Amerika tərəfinin qeyri-dostyana hərəkətlərindən sonra başladı.

"Sizin anladığınız və mənim də təsdiq edə biləcəyim kimi, təbii ki, siyahıda ABŞ var", - Zaxarova vurğulayıb.

O, düşmən hərəkətləri kimi təsnif olunan heç bir fəaliyyətin cavabsız qalmayacağını da söyləyib.

Xatırladaq ki, aprelin 23-də Vladimir Putin dost olmayan xarici dövlətlərə təsir tədbirlərinin tətbiq olunması barədə fərman imzalayıb.