Əcəb şəfqətdir: Qırmızı Xaçın əməkdaşı vaksini dəyişdirdi

Vaksin üçün şprisləri hazırlamalı olan qadın ötən həftənin çərşənbə günü, aprelin 21-də 6 nəfərin vaksinini fiziki məhsulla dəyişdirib.
Sputnik

BAKI, 25 aprel - Sputnik. Vilhelmshafen (Aşağı Saksoniya federal torpağı) şəhərinin polisi Almaniya Qırmızı Xaç təşkilatının əməkdaşı olan qadın barədə araşdırma başladıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin qadın yerli vaksinasiya məntəqəsində işləyən zaman koronavirus əleyhinə BioNTech vaksinini fiziki məhlulla (serum) dəyişdirib. 

Peyvənd vurdurmaq istəməyən şəxs rüşvət verib canını qurtarmaq istədi, lakin...

Frislandiya dairəsinin saytında yerləşdirilmiş məlumata görə, vaksin üçün şprisləri hazırlamalı olan qadın ötən həftənin çərşənbə günü, aprelin 21-də 6 nəfərin vaksinini fiziki məhsulla dəyişdirib. O, hərəkətini belə izah edib ki, guya vaksin ampullarını əlindən salaraq sındırdığnı açıb-ağartmaq istəmirmiş.  

Bədəninə peyvənd əvəzinə fiziki məhlul yeridilmiş şəxslərin sağlamlığı təhlükədə deyil. Buna rəğmən, çərşənbə günü vaksin əvəzinə fiziki məhlul vurulan insanların şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün olmayıb.

Hadisə barədə onu törədən qadın həmkarına danışıb, o isə bu barədə şənbə günü rəsmilərə məlumat çatdırıb. Hazırda yerli hakimiyyət nümayəndələri çərşənbə günü peyvənd olunanlarla əlaqə yaratmağa çalışırlar. Vaksinin yeridilməsini bədəndə anticisimlərin olması təsdiqləyəcək. Bundan başqa, vətəndaşların müraciət etmələri üçün xüsusi qaynar xətt yaradılıb. 

Qadın barəsində sağlamlığa zərər vurma şübhəsi ilə araşdırma aparılır.