CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası direktorsuz qalıb

Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib.
Sputnik

BAKI, 25 aprel - Sputnik. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb.

Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.