COVID-li pasiyentlər üçün xəstəxanada partlayışda ölü sayı artdı - VİDEO

KİV-in məlumatına görə, xəstəxanada oksigen balonu partlayıb, ölümlərin əksəriyyəti isə dəm qazından boğulmadan baş verib. 
Sputnik

BAKI, 25 aprel - Sputnik. Bağdadda koronaviruslu xəstələrin müalicə aldıqları xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 28-ə yüksəlib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dijlah telekanalı məlumat yayıb. 

 

Bundan öncə Sky News Arabia həmin xəstəxanada 23 nəfərin öldüyünü bildirmişdi.

"Əl-Xətib xəstəxanasında qurbanların sayı 28-ə çatdı, 50 nəfərdən çox yaralı var. Bu rəqəmlər arta bilər", - telekanalın müsahibi deyib.

KİV-in məlumatına görə, xəstəxanada oksigen balonu partlayıb, ölümlərin əksəriyyəti isə dəm qazından boğulmadan baş verib. 

İraqın Baş naziri Mustafa əl-Kazımi hadisənin araşdırılması müddətində xəstəxananın rəhbərlərinin həbs olunmasına göstəriş verib.