RUSİYA

Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı "zəifləyən dövlət" adlandırdı

Mur qeyd edib ki, onun başçılıq etdiyi qurum və şəxsi peşəkar fəaliyyəti üçün Rusiya əsas problem olaraq qalır. Belə problemlərdən biri Rusiya ordusunun Ukraynaya təxmin olunan müdaxiləsidir.
Sputnik

BAKI, 25 aprel - Sputnik. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin gizli kəşfiyyat xidmətinin (Mİ-6) rəhbəri The Times nəşrinə müsahibəsində Rusiyanı "obyektiv olaraq zəifləyən dövlət" adlandırıb.

"Rusiya iqtisadiyyat və demoqrafiya baxımından obyektiv surətdə zəifləyən dövlətdir. O, həddən artıq çətin dövr yaşayır", - Riçard Mur deyib.

 

Bundan başqa, Mur qeyd edib ki, onun başçılıq etdiyi qurum və şəxsi peşəkar fəaliyyəti üçün Rusiya əsas problem olaraq qalır. Belə problemlərdən biri Rusiya ordusunun Ukraynaya təxmin olunan müdaxiləsidir.

Mİ-6 rəhbərinin fikrincə, Rusiya və Çexiyanın qarşılıqlı münasibətləri "ağılsız davranış" nümunəsinə çevrilib.

"Bu cür ağılsız davranış modeli, sonra da Ukrayna ətrafında baş verənlərə baxanda, əlbəttə ki, narahat oluruq. Ona görə biz hərəkətlərimizi müttəfiqlərimizlə koordinasiya edirik ki, prezident Putinə aydın siqnallar ötürdüyümüzdən əmin olaq", - Mur söyləyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Çexiya Rusiya diplomatlarını ölkədən qovub. Bu qərar 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə əlaqələndirilib. Bundan sonra Rusiya XİN-i Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib. 

Bundan öncə isə Ukraynanın cənub-şərqində vəziyyət yenidən gərginləşib. Kiyev Moskvanı Donbas ətrafına hərbi güc toplamaqda ittiham edib.