MƏDƏNİYYƏT

Azərbaycanın ən gözəl qızlarından biri repçiyə ərə getdi - FOTO

Bir çox milli və beynəlxalq gözəllik yarışlarının mükafatlarını qazanan Nigar İbrahimova sosial şəbəkədə toyundan fotosunu paylaşıb.
Sputnik

BAKI, 25 aprel - Sputnik, Kəmalə Əliyeva. Tanınmış azərbaycanlı model Nigar İbrahimova reper Roman Kapo ilə ailə qurub.

Sputnik Azərbaycan bildirir ki, İbrahimova Instagram-dakı səhifəsində əri ilə birgə fotolarını paylaşıb. Koronavirus pandemiyası səbəbindən onlar təntənəli toy edə bilməyiblər. Sosial şəbəkə istifadəçiləri cütlüyü təbrik ediblər.

İbrahimova karyerasını ailə qurduqdan sonra da davam etdirmək niyyətindədir.

Nigar İbrahimova "I Vice Miss Azerbaijan-2015", "Miss Press Azerbaijan-2015", "Miss Universal Peace & Humanity-2015", "Miss IMG-2015", "MissCaspian Travel-2015", "Miss Triumf-2015" və s. titullarının sahibidir. Modellik fəaliyyəti ilə yanaşı, bir çox Azərbaycan film və seriallarında rol alıb. Eləcə də reklam layihələrində çəkilib, ölkədə keçirilən moda həftələrində iştirak edib.