BAKI, 25 aprel - Sputnik. Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1541 yeni yoluxma faktı qeydə alınıb, 2245 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456 aktiv xəstə sayı nəfərdir. Ölkədə son sutka ərzində 11492, hazırkı dövrədək isə 3189536 test aparılıb.