ABŞ və NATO verdikləri qərarı tezləşdirdilər

ABŞ Administrasiyası Əfqanıstandan qoşunlarının çıxarılması prosesinin mayın 1-dən başlayıb, sentyabrın 11-dək davam edəcəyini bildirmişdi.
Sputnik

BAKI, 25 aprel - Sputnik. ABŞ və NATO qoşunlarının Əfqanıstandakı bir sıra hərbi bazalardan çıxarılmasına başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Kabildə brifinq zamanı Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandiri, general Skott Miller deyib.

Miller əlavə edib ki, hərbçilər "bütün bazalarını Əfqanıstan Silahlı Qüvvələrinə təhvil verəcəklər". 

Xatırladaq ki, ABŞ Administrasiyası Əfqanıstandan qoşunlarının çıxarılması prosesinin mayın 1-dən başlayıb, sentyabrın 11-dək davam edəcəyini bildirmişdi. Qeyd olunmuşdu ki, proses müttəfiq və tərəfdaşlarla tam koordinasiya şəraitində gerçəkləşdiriləcək.