SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türklər Baydenə amerikalıların törətdikləri soyqırımları xatırlatdılar

Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik.
Sputnik

BAKI, 24 aprel - Sputnik. Erməni terror təşkilatı ASALA-nın 1973-cü ildə ABŞ-da, Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq. 

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünün Twitter səhifəsində yazıb.

O, ABŞ-ın tarix boyu törətdiyi dəhşətli soyqırımları da xatırladıb:  

"Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik".

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb. Bununla da o, 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidenti kimi tarixə düşüb.

Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günhlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".