SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Spiker: Baydenin sözü Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək, amma...

Şəntop: "Siyasi hesablamaların məhsulu olan bu bəyanat 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi analoji ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq". 
Sputnik

BAKI, 24 aprel - Sputnik. Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün Twıtter səhifəsində yazıb.

TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi analoji ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq. 

Şəntop onu da qeyd edib ki, ABŞ ən kirli keçmişi olan ölkədir.