Koronavirus xəstəsi taksi sürürmüş

Elçin Qəhrəmanovun rayon ərazisində özünə məxsus "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib.
Sputnik

 

BAKI, 24 aprel — Sputnik. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Elçin Qəhrəmanovun rayon ərazisində özünə məxsus "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib. Onun fəaliyyəti dayadırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.