VİDEO

Səksən səkkiz yaşlı nənə pul qazanmaq üçün ağaclara dırmanır

Meksikanın Çisimin şəhərindən olan 88 yaşlı donya Mençita ağaclara dırmanaraq satmaq üçün meyvələr toplayır. Bu barədə daha ətraflı videoda.
Sputnik

Donya Mençita müsahibəsində bildirib ki, ağaca ayaqyalın dırmanır və meyvələri ətəyinə doldurur. Yerə endirdikdən sonra nəvəsi meyvələri götürür, səbəti doldurub, satmağa aparır.

Nənənin qızı Amaliya Sançesin dediyinə görə, ​​yaşlı qadın ağacın çürüməsinə imkan vermir. Əri öldükdən sonra qızının himayəsində yaşayan qarı aktiv həyat tərzi sürməyə  davam edir.