CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gəlirliliyinə görə onu yalnız silah satışı ilə müqayisə etmək olar"

Deputat: "İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. "İnsan alveri ilə məşğul olanlar sosial şəbəkənin verdiyi imkanlardan geniş istifadə edirlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, sosial şəbəkələr insan alveri ilə məşğul olanların işini asanlaşdırır: "Dünya artıq kiçilib. Sosial şəbəkələrdə dünya kiçik bir kənd kimidir. Cinayətkarlar da sosial şəbəkənin imkanlarından istifadə edərək bu kiçik kənddə istədiklərini edirlər".

O bildirib ki, insan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar.

Qeyd edək ki, bu gün iclasda Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edib.