Erməni nazir öz ad günündə istefa verdi

Son zamanlar Arakelyan hökumətin bir sıra qərarı ilə razılaşmadığını açıq şəkildə bildirirdi. Məsələn, o, Ermənistanda yeni il tətilinin yanvarın ikisinə qədər azaldılmasının əleyhinə olub.
Sputnik

BAKI, 23 aprel — Sputnik. Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan istefa verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə nazir öz "Facebook" səhifəsində yazıb.

Maraqlıdır ki, nazir öz ad günündə istefa verib.

Qeyd olunur ki, son zamanlar Arakelyan hökumətin bir sıra qərarı ilə razılaşmadığını açıq şəkildə bildirirdi. Belə ki, o, Ermənistanda yeni il tətilinin yanvarın ikisinə qədər azaldılmasının əleyhinə olub. O qeyd edir ki, bu qərar iqtisadi səmərəlik baxımından birmənalı deyil.