Ukrayna İsrailə Rusiya ilə danışıqlarda vasitəçi olmağı təklif etdi

Ukraynanın İsraildəki səfiri əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək.
Sputnik

BAKI, 23 aprel — Sputnik. Ukrayna İsrailin Baş naziri Binyamin Netanyahuya Kiyev və Moskva arasında danışıqlarda vasitəçi olmağı təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk "I24news" telekanalına müsahibəsində bildirib.

"Biz artıq İsrail baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini xahiş etmişik. Çünki Netanyahunun onların hər ikisi – Putin və Zelenski ilə yaxşı münasibətləri var", - deyə səfir qeyd edib.

O əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək: "Biz çox şadıq ki, Netanyahu bundan imtina etməyib. Əksinə, o, öz marağını və kömək etmək istəyini göstərdi".