RUSİYA

Medvedev ABŞ-ın yeni taktikasından danışdı

On Rusiya diplomatı ABŞ-dan da qovulub. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.
Sputnik

BAKI, 23 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərə ikili yanaşma seçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Peskov bildirib.

"ABŞ Administrasiyasının yeni taktikası – bir əllə dialoqun vacibliyini siqnal vermək, digər əllə təzyiqi artırmaqdır", - deyə Medvedev qeyd edib.

Qeyd edək ki, aprelin 15-i Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.

"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qəbul olunan qərara əsasən, on Rusiya diplomatı ABŞ-dan da qovulub. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.

Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur.

ABŞ rəhbərliyi, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.