Bu ilin ən yaxşı avtomobili elan olundu

2021-ci ildə heç bir maşın onu qabaqlaya bilmədi: Bu alman avtomobil markası Yaponiya istehsalı olan iki rəqibini xeyli geridə qoyub.
Sputnik

BAKI, 23 aprel — Sputnik. "World Car Awards"-un münsiflər heyəti elektrikli heçbek "Volkswagen ID.4"-ü 2021-ci ilin ən yaxşı avtomobili elan edib. Səsvermənin nəticələri müsabiqənin saytında yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla məlumat yayıb.

"Bu böyük qələbə münasibətilə "Volkswagen"-i ürəkdən təbrik edirik. Yalnız üçüncü elektrikli avtomobil (yarış tarixində) bu prestijli mükafatı qazandı!", – deyə təşkilatçılar müsabiqənin "Twitter"-dəki səhifəsində yazıblar.

"Volkswagen"-in əsas rəqibləri "Toyota Yaris" və elektrikli "Honda E" olub. Qalib 798 bal, digər avtomobillər isə müvafiq olaraq 742 və 732 bal toplaylıblar.

Bununla belə, "Honda E" "Ən yaxşı şəhər avtomobili" adına layiq görülüb.

Bundan başqa, "Porsche 911 Turbo" "Ən yüksək performanslı", "Mercedes-Benz S-Class" "Ən dəbdəbli" və "Land Rover Defender" ən yaxşı dizayna malik avtobil kimi mükafata layiq görülüb.

Qeyd edək ki, "World Car Awards"-un versiyasına əsasən, 2020-ci ildə ən yaxşı avtomobil mükafatını "Kia Telluride" qazanmışdı.