FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Milli parklarımızdan ürəkaçan mənzərələr - FOTO

Sputnik

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan təbiətinin gözəlliyinin miniatür modelləri olan milli parklar haqda fotomaterial hazırlayıb. Sizi təbiət qoynuna virtual səyahətə dəvət edirik. 

1 / 9
Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə - Abşeron Milli Parkına da özünəməxsus gözəllik gətirib.
2 / 9
Qırmızı, sarı - təbiətin rəng axarı... Abşeron Milli Parkı
3 / 9
Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var.
4 / 9
Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.
5 / 9
Ağgöl Milli Parkında.
6 / 9
Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir.
7 / 9
Qərb bölgəsinə səyahət etsəniz, Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqsınız.
8 / 9
Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.
9 / 9
Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.