Yerevanda partlayış: ölənlər var

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Yerevan Xilasetmə İdarəsinin iki döyüş ekipajı və Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu hadisə yerinə gəlib.
Sputnik

BAKI, 22 aprel — Sputnik. Bu gün səhər saatlarına Yerevanda Arşakunyats prospektində partlayış baş verib. Bu barədə Sputnik Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda səhər saat 07:58-də avtomobilin partladığı bildirilir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Yerevan Xilasetmə İdarəsinin iki döyüş ekipajı və Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu hadisə yerinə gəlib.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb.