BAKI, 22 aprel - Sputnik. Rusiya Azərbaycan və Ermənistanı revanşist və militarist ritorikadan çəkinməyə çağırır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bəyan edib.
O qeyd edib ki, bu cür ritorika regionu yenə müharibə həddinə gətirib çıxara bilər.
"Hesab edirik ki, Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır. O ki qaldı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, bu məsələ də ifadə etdiyim məntiqə əsaslanır”, - deyə Zaxarova əlavə edib.