SputnikPro "YouTube"un köməyi ilə öz ekspertlərini yetişdirməyi öyrədəcək

Cümə günü aprelin 23-də Bakı vaxtı ilə saat 14:00-da "YouTube – öz eksperlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusunda ustad dərsi keçiriləcək.
Sputnik

BAKI, 21 aprel — Sputnik. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində növbəti ustad dərsində ekspertlərlə necə işləmək və törəmə layihələri necə yaratmaq barədə danışılacaq

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsinin onlayn-sessiyalar seriyasını davam etdirir.

Cümə günü aprelin 23-də Bakı vaxtı ilə saat 14:00-da "YouTube – öz eksperlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusunda ustad dərsi keçiriləcək.

Ustad dərsində spiker "Украина.ру" internet məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olacaq.

SputnikPro "YouTube"un köməyi ilə öz ekspertlərini yetişdirməyi öyrədəcək

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb (2017-ci il). Bundan əvvəl o, "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloger və jurnalistlər şurasının üzvüdür. Rusiya Jurnalistlər İttifaqının üzvüdür.

Ustad dərsinin gedişində Aleksandr aşağıdakı tezisləri əhatə edəcək:

- adsız-sansız insanı niyə və necə ekspertə çevirməli?;

- siyasi ekspertlərin növləri və müsahibə zamanı onlarla necə işləməli;

- "TikTok" "YouTube"un davamı kimi: minimum qüvvə sərf edirik

Onlayn-sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

Sputnik Pro layihəsi 2020-ci ilin mart ayında "onlayn-mövsüm"ə start verib. Sessiyalar zamanı koronavirus pandemiyası şəraitində işin xüsusiyətləri, veb-təhlil alətləri və müəlliflik hüququ müzakirə olunur, dar ixtisaslaşmaya aid informasiyanı necə yoxlamağın, özünü və istifadəçini necə dolaşdırmamağın, xəbər resurslarının trafikinin artmasına necə nail olmağın və bu zaman "saralmamağın" yolları öyrədilir. Sessiya zamanı iştirakçılar bir-birinə çat vasitəsilə sms göndərə, real zaman rejimində fikir mübadiləsi apara bilərlər.

SputnikPro – Rusiyanın ən yaxşı media-menecerlərinin və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən unikal ustad dərsləridir və Rusiyanın bu cür geniş miqyaslı ilk proqramıdır.

Sputnik Pro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin martından etibarən layihədə 2000-dən çox jurnalist, media-menecer, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və bu istiqamətlərdə təhsil alan tələbə iştirak edib. Maarifləndirmə layihəsinin yenilikləri ilə aşağıdakı "Facebook" səhifəsindən tanış olmaq mümkündür:

https://www.facebook.com/SputnikProject/