BAKI, 20 aprel — Sputnik. Rusiya Qərblə münasibətlərdə öz maraqlarından imtina etməyə hazır deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Mətbuat katibi bildirib ki, bütün bunlara baxmayaraq Rusiya dialoq üçün açıqdır.
"Təəssüf ki, bir çox ölkələr istənilən haker hücumu zamanı bunda Rusiyanı günahlandırırlar. Həm də bu zaman, təbii ki, indiyə qədər heç kim anlaşılan bir izahat da verməyib. Əlbəttə ki, Rusiya buna dözə bilməz və nəticədə müəyyən gərginlik yaranır. Həqiqətən, bəzən elə dövrlər olur, amma bu o demək deyil ki, bu məqamları arxada qoymaq üçün Rusiya hansısa maraqlarından əl çəkməyə hazırdır. Xeyr, bu qətiyyən belə deyil", - deyə Peskov Kremlin beynəlxalq arenada yaranmış vəziyyəti necə qiymətləndirməsi və Rusiyanın bir sıra ökələrlə münasibətlərinin kəskinləşməsi barədə sualı cavablandırarkən bildirib.
Peskov onu da qeyd edib ki, Rusiya dialoqa açıq olaraq qalır "və bunu prezident Putin dəfələrlə deyib".