CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin yeni səfiri Azərbaycana gəlib

"Allah girişəciyimiz hər işə doğruluqla girməyi nəsib etsin, yolumuzu və əməlimizi xeyir etsin, bərəkətli və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun" - Cahit Bağçı.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı artıq Bakıya gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə diplomat "Twitter" hesabında yazıb.

"Yeni bir vəzifə üçün səfərdəyik. Allah girişəciyimiz hər işə doğruluqla girməyi nəsib etsin, yolumuzu və əməlimizi xeyir etsin, bərəkətli və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun. #CanAzerbaycan", - deyə Cahit Bağçı bildirib.