MƏDƏNİYYƏT

Türkiyənin Azərbaycan əsilli məşhur aktyoru kənd uşaqları üçün kitabxana açdırır

Kənan və Sinəm İmirzalıoğlu cütlüyü daha öncə də Ramazan bayramı səbəbi ilə mindən çox ailəyə qida yardımı etmişdi.
Sputnik

BAKI, 19 aprel — Sputnik. Türkiyənin Azərbaycan əsilli məşhur aktyoru Kənan İmirzalıoğlu təqdirəlayiq addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyor kənd məktəbində təhsil alan şagirdlər üçün kitabxana açdırır.

O, xüsusi dekorasiya edilməsi planlaşdırılan kitabxanaya 6 aylıq qızı Lalinin adını verəcək.

Qeyd edək ki, bir çox xeyriyyə işləri görən Kənan və Sinəm İmirzalıoğlu cütlüyü daha öncə də Ramazan bayramı səbəbi ilə mindən çox ailəyə qida yardımı etmişdi.