MƏDƏNİYYƏT

Türkiyə kinosunun məşhur aktyoru vəfat edib

Aktyor vaxtilə "Güneşi Gördüm", "Beyaz Melek", "Avcı", "Mucize 2: Aşk", "Sadece Sen", "Babalar ve Evlatlar" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
Sputnik

BAKI, 19 aprel — Sputnik. Türkiyənin tanınmış teatr və kino aktyoru Erol Demiröz 81 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rejissor Mahsun Kırmızıgül "twitter" hesabında məlumat verib. "Teatr və kino dünyasının ustası Erol Demiröz vəfat etdi. Mənim üçün çox dəyərli olan bir qardaşı, atanı, ustadı, həmyerlimi itirdim", - deyə sənətçi qeyd edib.

​Qeyd edək ki, ağır xəstə olan aktyor uzun müddət idi müalicə alırdı

Məlumat üçün bildirək ki, mərhum aktyor "Güneşi Gördüm", "Beyaz Melek", "Avcı", "Mucize 2: Aşk", "Sadece Sen", "Babalar ve Evlatlar" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.