Azərbaycanda ər və arvad bir gün fərqlə koronavirusdan ölüblər

Tanınmış vəkil Anar Qasımlının xalası və onun həyat yoldaşı cəmi bir gün fərqlə koronavirusdan həyatlarını itiriblər.
Sputnik

BAKI, 19 aprel - Sputnik. Azərbaycan vətəndaşı Validə Sarıyeva və onun həyat yoldaşı İlham Sarıyev bir gün fərqlə koronavirusdan dünyalarını dəyişiblər. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tanınmış vəkil Anar Qasımlı öz Facebook səhifəsində məlumat yayıb.  

"Xalam Validə və həyat yoldaşı İlham cəmi bir gün fərqlə lənətə gəlmiş koronadan bu dünyaya vida etdilər. Nə oğul toyu gördülər, nə qız toyu. Bu bir ailə faciəsidir. Allah heç kimə göstərməsin. Allah rəhmət eləsin! Ruhunuz şad olsun!", - Anar Qasımlı yazıb.