CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda insan alveri ilə məşğul olanların əksəriyyəti qadınlardır

15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti azadlıqdan məhrum edilib, 1 nəfərin isə cəzası təxirə salınıb.
Sputnik

BAKI, 17 aprel — Sputnik. Ötən il insan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işləri üzrə 20 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişidir. Məhkəmələr tərəfindən hökm çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti azadlıqdan məhrum edilib. 1 nəfərin isə cəzası təxirə salınıb.