Yaponiyadan Çinə əzələ nümayişi: son 30 ilin ən böyük təlimi keçiriləcək

Hərbi heyət, tank və maddi təminatdan ibarət təchizatın bölgəyə gəmilər və təyyarələrlə göndəriləcəyi bildirilir.
Sputnik

BAKI, 17 aprel — Sputnik. Yaponiya Quru Özünümüdafiə Qüvvələrindən əldə edilən məlumata görə, Yaponiya ordusu Çin donanmasının regionda gücünü artırması səbəbindən hərbi təlimlər təşkil etməyə hazırlaşır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, sentyabr və noyabr ayları arasında ölkənin cənubunda Kyuşu bölgəsində təxminən 140 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Yaponiyanın cənub-qərbində keçiriləcək son 30 ilin ən böyük hərbi təlimində, Şimali Hokkaydo, Tohoku və Şikoku bölgələrindəki qüvvələrin Kyuşuya göndərilməsi vaxtı mümkün fövqəladə hallara qarşı çəkindirmə səviyyəsinin artırılması planlaşdırılır.

Hərbi heyət, tank və maddi təminatdan ibarət təchizatın bölgəyə gəmilər və təyyarələrlə göndəriləcəyi bildirilir. Təlimin proqramı COVID-19 epidemiyasının gedişatına uyğun olaraq dəyişə bilər. Kyodo agentliyi belə bir təlimin son dəfə Soyuq Müharibənin başa çatdığı dövrdə, 1993-cü ildə həyata keçirildiyini bildirib.