BAKI, 17 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 16 aprel 2021-ci il tarixində ölkə üzrə 442 ictimai iaşə obyektində 752 monitorinq keçirilib.
Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazimova Nəsibə Bəşir qızına məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən, fiziki şəxs Həsənova Gülçöhrə Cangirovnaya məxsus kafe;
3. Bakı şəhəri, M. Naxçıvani küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Bağıyev Yusif Seyfullah oğluna məxsus "Qədim Nuxa" restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Emin Keklikə məxsus "Büyükfırat lahmacun" restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 25B ünvanında yerləşən, fiziki şəxs Mahmudov Vidadi Hüseynqulu oğluna məxsus "Atmosphere" restoranı;
6. Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi 131 ünvanında yerləşən, fiziki şəxs Əliyev Akifə məxsus restoran;
7. Bakı şəhəri, Nizami rayonu, Koroğlu metro stansiyasının yaxınlığında yerləşən, fiziki şəxs Məmmədzadə Nazim Qaçay oğluna məxsus "Metro" kafesi;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsində yerləşən, fiziki şəxs Cəlilov Eldar Elmar oğluna məxsus "Dönər House" dönər evi;
9. Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəbov Arif Əli oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2529 ünvanında yerləşən, fiziki şəxs Salahov Aqşin Ağamirzə oğluna məxsus dönər evi;
11. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus restoran;
12. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 3 ünvanında yerləşən, fiziki şəxs Zülfüqarov Şakir Şahin oğluna məxsus restoran;
13. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 37 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Samin Mahmud oğluna məxsus çay evi;
14. Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, fiziki şəxs Baxşıyev Rusif Elsevən oğluna məxsus "Dönəriko" dönər evi;
15. Bakı şəhəri, Nəsimi rayonu, Şövqüyar Abdullayev küçəsi 9A ünvanında yerləşən, fiziki şəxs Əliyev Hikmət Yarbala Oğluna məxsus "Egoist" mehmanxanasının tərkibində faəliyyət göstərən restoran;
16. Gəncə şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Əliyev Mübariz Nuru oğluna məxsus restoran;
17. Tovuz rayonu, Alakol kəndində yerləşən, fiziki şəxs Məmmədova Mətanət Zaman qızına məxsus kafe;
18. Ağdaş rayonu, Əliyev pospektində yerləşən, fiziki şəxs Məmmədov Məhəmməd Məhəmmədəli oğluna məxsus kafe;
19. Neftçala rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsədov Rövşən Böyükbala oğluna məxsus kafe;
20. Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən, fiziki şəxs Rəcəbov Hafis Saleh oğluna məxsus "Ülvi" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.