RUSİYA

Rusiyada bir gündə 390-dan çox adam koronavirusdan öldü

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138,8 milyonu keçib, 2,98 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 8995 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 397 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 684 148–ə çatıb. Rusiyada pandemiya yayılandan 104 795 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4 310 557-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138,8 milyonu keçib, 2,98 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.