CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda faciə: İtləri güllələyərkən yeniyetməni öldürdü

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb. O, aprelin 15-də xəstəxanada keçinib.

Bu barədə Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkənin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.