Kreml Ərdoğan-Zelenski görüşünə münasibət bildirdi

"Bu – qonşu ölkələrlə əlaqə qurması – Türkiyə Respublikasının suveren hüququdur. Bu anlamda biz heç nə deyə bilmərik".
Sputnik

BAKI, 16 aprel — Sputnik. Türkiyənin Ukrayna da daxil olmaqla, qonşu ölkələrlə əlaqə qurması bu ölkənin suveren haqqıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu – qonşu ölkələrlə əlaqə qurması – Türkiyə Respublikasının suveren hüququdur. Bu anlamda biz heç nə deyə bilmərik. Prezident Ərdoğan və Prezident Zelenskiyə gəlincə isə, bu, iki ölkənin ikili münasibətləridir", - deyə Peskov "Kreml danışıqları necə dəyərləndirir?" sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, şənbə günü Ukrayna Prezidenti Vladimir Zelenski İstanbula gedərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.