Gəncə terrorunda yaxınının ölüm xəbərini alan qadının fotosu "İlin media fotosu" seçilib

"Sabah" qəzetinin müxbiri Uğur Yıldırım qadının İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə atılan raket nəticəsində yaxınının ölüm xəbərini alması anını çəkib.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə "İlin media fotosu" seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Sabah" qəzetinin müxbiri Uğur Yıldırım qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anını çəkib.

Bu foto Türkiyədə "İlin media fotosu" nominasiyasının qalibi olub. Sözügedən foto 5188 foto arasından seçilib.