MƏDƏNİYYƏT

Eldar Quliyev vəfat edib

Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Sputnik

BAKI, 16 aprel — Sputnik. Xalq artisti, rejissor Eldar Quliyev dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, rejissor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. Martın əvvəlində evə buraxılan sənətkarın səhhəti ağırlaşdığından bir müddət sonra özəl klinikaların birinə yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Allah rəhmət eləsin!