CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı hosteldə iki qadın boğularaq ölüb

Bakıdakı hostellərdən birinin müştərisi olan Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsinin meyiti aidiyyəti üzrə təhvil verilib.
Sputnik

BAKI, 16 aprel - Sputnik. Bakının Səbail rayonunda dəm qazından iki nəfər ölüb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “İst hostel”in hamam otağında baş verib.

Bakıdakı hostellərdən birinin müştərisi olan Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğularaq ölüb. Hər iki qadının meyiti aidiyyəti üzrə təhvil verilib.