MƏDƏNİYYƏT

"Azərbaycanfilm" kinostudiyası "Məryəm" adlı yeni filmin istehsalına hazırlaşır

Film ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm adlı qızdan bəhs edir.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Məryəm" adlı yeni filmin istehsalına hazırlaşır. "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur.

Film ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm adlı qızdan bəhs edir.