RUSİYA

Rusiya XİN: Azərbaycan və Ermənistan çətin yolun başlanğıcındadır

“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik".
Sputnik

BAKI, 15 aprel - Sputnik. “Bakı ilə Yerevan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərik”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistan ilə Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”, - deyən rusiyalı rəsmi bu məsələdə müsbət məlumat və s. fonunun yaradılmasını da vacib hesab edib:

“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik. Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.