CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaların ödənişi tam başa çatıb

Vətəndaşlar pensiyalarını kartları vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Sputnik

BAKI, 15 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

DSMF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.