RUSİYA

Kreml: Lukaşenko Putinlə Qarabağ məsələsini müzakirə edib

Aleksandr Lukaşenkonun bu ərəfədə Azərbaycana baş tutan səfəri konteksində Dağlıq Qarabağ nizamlanması məsələsinə toxunulub.
Sputnik

BAKI, 15 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan "Kremlin" saytına istinadən xəbər verir ki, tərəflər ikitərəfli gündəlikdə olan bəzi əhəmiyyətli məsələləri müzakirə ediblər.

"Aleksandr Lukaşenkonun bu ərəfədə Azərbaycana baş tutan səfəri konteksində Dağlıq Qarabağ nizamlanması məsələsinə də toxunulub", - deyə "Kremlin" saytının yaydığı məlumatda bildirilir.

Putin və Lukaşenko müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 13-14 aprel tarixlərində Azərbaycanda rəsmi rəfərdə olub.