CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yollarda yenə tıxac yarandı

Sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

BNA rəsmisi bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır.